Fontu böyüt:
Bu yaxınlarda Azərbaycanda kitabın təbliğatı ilə məşğul olan və kitab reytinqlərini hazırlayan yeganə qurum olan “Kitab klubu” növbəti reytinqi – “Ən çox alınan kitabların reytinq cədvəli”ni təqdim edib.
Satış nöqtələrindən ən çox satılan və soruşulan kitabların sayı əsasında hazırlanmış reytinqə ənənəvi olaraq 30 kitab daxil edilib.Kitabların böyük əksəriyyətini texniki, siyasi, iqtisadi ədəbiyyat, dərsliklər və lüğət təşkil edir. Lakin ən maraqlı cəhət reytinq cədvəlidnə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün İKT-nin ölkəmizdə inkişafına yönəlik üç kitabının yer almasıdır.Müəllifin "İnternet. Azərbaycan internet resursları" (2008) adlı kitabı hətta ən çox oxunan kitablar arsında üçüncü yerdədir.Ekspertlərin fikrincə bu son zamanlar Azərbaycanda İKT sahəsinə marağın xeyli artmasından irəli gəlir.
Osman Gündüzün reytinq cədvləində üçüncü yeri tutan "İnternet. Azərbaycan internet resursları" adlı kitabı 2006-cı ilin aprelində işıq üzü görmüş eyni adlı kitabın ikinci nəşridir.Kitab 250 səhifə həcmindədir. Kitabın bütün fəsilləri yenidən işlənib. 2000-dək milli veb-resurs haqqında məlumat kitaba daxil edilib.Azərbaycan dilində populyar formada ilk dəfə olaraq nəşr olunan kitabın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədlidir.
Multimedia Mərkəzinin direktoru Osman Gündüzün kataloqda yer alan ikinci kiatbı isə “Kompüter. İnformasiya Texnologiyalarının əsasları” adlanır.Yüksək keyfiyyətdə, iki rəngdə, 304 səhifə həcmində, ofset üsulu ilə çap olunan bu kitab Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunub.Kitabın elmi redaktoru texnika elmləri doktoru, professor, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.
Azərbaycanda kitabın təbliğatı ilə məşğul olan və kitab reytinqlərini hazırlayan yeganə qurum olan “Kitab klubu” reytinq cədvəlində yer alan, İT sahəsinə dair kitab isə Osman Gündüzün “Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabıdır. Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün Jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.
Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün Jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.
Kitabda müəllif tərəfindən həm informasiya texnologiyaları sahəsində elmi–ictimai araşdırmalar çərçivəsində əldə etdiyi təcrübədən , həm də artıq bir neçə il BDU və Bakı Slavyan Universitetində İnternet-Jurnalistika kursunun tədrisi prosesində toplanılan təcrübədən, geniş istifadə olunub. Kitabın yazılmasında həmçinin Azərbaycan İnternet Forumu və Multimedia Mərkəzi tərəfindən İnternet-jurnalistikanın inkişafı istiqamətində gerçəkləşdirdiyi Layihələrin materiallarından istifadə edilib.
Kitabda Bloqların yaradılması və yenilənməsi, İnternetdə sosial şəbəkələr və onlardan istifadə qaydaları, İnternetdə axtarışın sirləri, İnternetdə reklamdan gəlir əldə etmək yolları, Mobil internet, Jurnalistlər üçün faydalı internet resurslar haqqında bilgilər verilib.
Məlumat üçün bildirək ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün Azərbaycanda İnformasiya Texnologiyalarının inkişafına yönəlik daha bir kitabı daha çapa hazırlanır.Ümidavarıq ki, həmin kitabda ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacaq.