Fontu böyüt:
Yeni Azərbaycan Partiyası (YAP)
Qadınlar Şurası və Bakı şəhəri Səbail rayonu 132-134 saylı təhsil kompleksinin
birgə təşkilatçılığı ilə adı çəkilən təhsil müəssisəsində “İnformasiya cəmiyyəti:
sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Xeberler.az bildirir ki,
konfransı təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq
onun əhəmiyyəti haqqında məlumat verib.
Tədbirdə YAP Qadınlar Şurasının sədri , professor Nurlana Əliyeva geniş məruzə
ilə çıxış edib.
Daha sonra Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüzün məruzəsi dinlənilib.
Tədbirdə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan
Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı,
Yasamal Rayon Qadınlar Şurasının sədri, Elmi-Tədqiqat Pediatriya İnstitutunun
baş həkimi Tamilla Şahbazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Aparatının mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli
və digərləri çıxış edərək belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini,
gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə və milli mənəvi
dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına xidmət etdiyini bildiriblər.