Fontu böyüt:
Gəncədə 54 saylı ATS-in elektronlaşmasına start verilib.
İlkin olaraq ATS-in 600 nömrəsi yenilənib. Yaxın 15 gün ərzində sözügedən ATS-in tam elektronlaşacağı gözlənilir. Cari ilin aprel ayından başlanan 54 saylı ATS-in elektronlaşma işi nəhayət ki, başa çatmaq üzrədir. Bu gündən etibarən sözügedən ATS-in nömrələrinin elektronlaşmasına başlanılıb. İlk gündəcə 600 nömrə yenilənib.
Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əli Hüseynovun verdiyi məlumata görə, yeni avadanlıqlar üç özəlliyi ilə xüsusən seçilir. Birincisi daxil olan zənglərin telefonun ekranda görünməsi, yüksək sürətli internetdən istifadə və gələcəkdə abonentlər həm də televiziya kanallarını izləyə bilməsi olcaq. Qeyd edək ki, yeni xidmətlərdən istifadə etmək istəyən abonentlər gərək mövcud telefon aparatlarını dəyişdirsin. Çünki köhnə telefon aparatları ilə bu xidmətlərdən istifadə etmək mümkün olmayacaq. Bildirək ki, analoq nömrələrin elektronlaşması üçün tək nömrələrə görə 10, qoşasxemli nömrələr üçün isə 28 manat pul ödənilməlidir.
mənbə: qafqazinfo.az