Fontu böyüt:
Websense Security Labs (WSL) son zamanlarda internet cinayətkarlarının istifadəçiləri saxta saytlara istiqamətləndirdiyini araşdırıb.
Facebook, MySpace və ya Twitter kimi məşhur saytlara oxşar saxta saytların cinayətkarlar tərəfindən xüsusi məqsədlərlə idarə edildiyini müəyyənləşdirib.
WSL-in açıqlamasına görə, kiber cinayətkarların məşhur saytları hədəfə almasının 3 əsas səbəbi var:
1.Bu saytların çox məşhur olması. Beləcə, tələyə salmaq üçün istifadəçi çox asan tapılır.
2.Bu saytların məzmunu dinamik olaraq dəyişir. İstifadəçi aldadıldığına şübhə etmir.
3.İstifadəçilər bu saytlara inanır. Kiber cinayətkarlar da şifrələri asanlıqla əldə edə bilirlər.
Qeyd edək ki, WSL-in apardığı araşdırmaya görə, Facebooka bənzər 200 min saxta belə sayt var.