İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

RİTN-də elektron xidmətlərin tətbiqi müzakirə olunub

20.04.2012 [19:03]

Fontu böyüt:      

abitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı
Aprelin 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı görülən işlərin və qarşıda duran məsələlərin müzakirəsi məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının geniş tərkibdə növbəti iclası keçirilib.
İclasda Nazirlər Kabinetinin və digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak edib.
RITN-nin rəsmi informasiya mənbəyinin bildirdiyinə görə Əlaqələndirmə Şurasının sədri, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirakçılara Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət orqanlarında e-xidmətlərin təşkilində mövcud olan problemlərlə bağlı tapşırıqları iclas iştirakçılarının nəzərinə çatdıraraq, bütün dövlət orqanları tərəfindən fərmandan irəli gələn vəzifələrin qısa müddət ərzində icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra fərmanın icrası ilə bağlı görülmüş işlər barədə təqdimat keçirilib, hər bir dövlət qurumunda görülən işlər və mövcud problemlərlə bağlı müzakirələr aparılıb.
   
Qeyd olunub ki, artıq keçən ilin sentyabrından elektron imzaların verilməsinə başlanılıb, e-xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim olunması üçün e-hökumət portalı və dövlət orqanları arasında informasiya mübadiləsini təmin edən infrastruktur – “e-hökumət şlüzü” hazırlanıb. E-xidmətlər reyestri yaradılıb və dövlət orqanları tərəfindən təqdim olunan xidmətlər bu reyestrə daxil edilir. Hazırda 14 dövlət orqanının 56 xidməti bu portalda cəmlənib. Yaxın zamanda bu portalın rəsmi istifadəyə verilməsi planlaşdırılır.     
Tədbirdə dövlət qurumlarının nümayəndələri tərəfindən qaldırılan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin yekunu olaraq qərara alınıb ki, elektron xidmətlərin tətbiqi üzrə tapşırıqların vaxtında yerinə yetirilməsi üçün vacib olan tədbirlərin həyata keçirilməsi sürətləndirilsin.   

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar