Mobil rabitə şəbəkələrində nömrə daşınmasının tətbiqinə bu il aprel ayının 1-dən başlanıla bilər. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, bu sahədə artıq müsbət addımlar atılıb:

“Düzdür, texnoloji çətinliklərlə əlaqədar olaraq bu məsələnin tətbiqinə bizim planlaşdırdığımız kimi yanvarın 1-dən başlaya bilmədik. İndi isə ikinci mərhələyə start verilib. Bunun üçün artıq hər 3 mobil operatorla protokollar, müqavilələr imzalanıb. Əgər texnoloji problemlər yaranmazsa, nömrə daşınmasının tətbiqinə aprel ayından başlanılacaq. Müəyyən problemlər yenə qaldığı təqdirdə isə proses daha 1-2 ay da uzadıla bilər”.