21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünyada ilk İnternet-saytının (www.info.cern.ch) yaradılmasının 20 ili tamam olub. İlk İnternet-saytı Nüvə Tədqiqatları üzrə Avropa Şurasına aiddir və hələ də fəaliyyət göstərir. Belə ki, 1989-cu ilin mart ayında 36 yaşlı britaniyalı alim Tim Berners-Li öz müdiri Mayk Sendala informasiyanın idarə olunması sisteminin işlənməsini təklif edib.
Artıq 1991-ci ilin avqustun 6-da T.Berners-Li WorldWideWeb layihəsi ilə bağlı fikirlərini açıqlayıb. Bu layihə istənilən məkanda yerləşən sənədləri istinadlar vasitəsilə əlaqələndirilməsini nəzərdə tutub.
T.Berners-Linin təkidi ilə şəbəkəyə giriş tamamilə sərbəst və pulsuz olub. Saytda Bernersa-Linin yeni WWW texnoloqiyası ilə bağlı məktubu yerləşib. Yeni texnologiya HTTP məlumatlarının ötürülməsi protokolu, URL ünvanlandırma sistemi və HTML dilinə əsaslanıb.