Fontu böyüt:
ABŞ-da Bostonda yerləşən məktəblərdən biri qəribə bir addım atır. Məktəb yenicə verəcəyi qərarla kitabxanada olan bütün kitabları elektron kitabla əvəzləməyi planlaşdırır.
Son dövrdə e-kitab bolluğundan təsirlənən məktəb, kitabxanasındakı bütün kitabları ataraq yerinə 18 ədəd e-kitab götürməyə qərar verdi. Bostonda olan Cushing Academy adlı məktəbin müdiri Ceyms Tracy kitabları “vaxtı keçmiş” kimi xarakterizə edərək, məktəbin kitabxanasını bir “öyrənmə mərkəzinə” çevirmək qərarına gəldi. Bunun üçün kitabları atan müdir 18 ədəd e-kitabla birgə üç ədəd televiziya və dizüstü kompüterlər satın alacaq.