İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05.09.2013 [16:14]

Fontu böyüt:      

Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub.  Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan (144 ölkə arasında) 46-cı yerdəki mövqeyindən 7 pillə irəliləyərək  MDB məkanında öz liderliyini yenə də qoruyub.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8% artıb. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşür və bu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutub.
 
Ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olub.
 
Fərdi internet istifadəçilərinin sayına görə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4% yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşıb.
 
Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşür və bu göstərici üzrə ölkəmiz 78-ci yeri tutub.
 
Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6% yüksəlib. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedədir. Hazırda hər 100 nəfərdən 18,4% stasionar rabitə istifadəçisidir.
 
Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdə qərarlaşıb, bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar