İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Pentaqon “BlackBerry” smartfonlarından imtina edəcək

15.11.2013 [12:21]

Fontu böyüt:      

Sərəncamında 470 mindən çox “BlackBerry” smartfon modeli olan ABŞ Müdafiə Nazirliyi gələcəkdə bu qurğulardan istifadə etməməyi planlaşdırır.
Sərəncamında 470 mindən çox “BlackBerry” smartfon modeli olan ABŞ Müdafiə Nazirliyi gələcəkdə bu qurğulardan istifadə etməməyi planlaşdırır. Kanada şirkətində yaranan böhranlı vəziyyətlə əlaqədar olaraq Pentaqon “Apple iPhone”, “iPad”, eləcə də “Samsung” şirkətinin “Galaxy” smartfon və planşet kompüterləri kimi qurğuların şəxsi əlavələr mağazasını və mühafizə sistemini inkişaf etdirməyi düşünür.
Əvvəllər ABŞ Müdafiə Nazirliyi əməkdaşlarına “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardan, “iPhone” smartfon modelindən və ya istənilən digər qurğulardan istifadəyə icazə verməyib. Onların yalnız “BlackBerry 10” əməliyyat sistemli aparatlardan və istehlak bazarında uğursuzluq qazanan “Playbook” planşetlərindən istifadə etmək hüququ olub.
Son iki ay ərzində “Apple” şirkətinin üzləşdiyi böhran fonunda Pentaqon baxışını dəyişib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ayrı-ayrı şirkətlərin istehsalı olan müxtəlif qurğulardan istifadəni nəzərdə tutan yeni yanaşma tərzi fəaliyyətimizə bir tədarükçünün təsirini minimuma endirir.  
Beş il əvvəl ABŞ və Avropada böyük tələbatın olduğu "BlackBerry” qurğuları bazarda "iPhone” və “Android” sistemli smartfonlar tərəfindən tam sıxışdırılıb. Qurğunun yüksək təhlükəsizlik səviyyəsinə önəm verən korporativ müştərilər və dövlət qulluqçuları hələ də ondan istifadə etməyi üstün tuturlar. Lakin Pentaqon “BlackBerry”dən istifadədən imtina etdiyini faktiki olaraq bəyan edib və nazirlikdən sonra digər təşkilatlar da bu addımı ata bilər. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar