İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Net 2010-da nə kimi yeniliklər olacaq?

29.09.2010 [16:12]

Fontu böyüt:      

Bu gün Azərbaycan Media Mərkəzində Milli Net 2010 Təşkilat Komitəsi tərəfindən Mətbuat Konfransı keçirilib. AİF prezidenti Osman Gündüz Mətbuat Konfransında çıxış edərək Milli Net 2010 –nun məqsədləri və mərhələləri haqqında məlumat verib.

Bu gün Azərbaycan Media Mərkəzində Milli Net 2010 Təşkilat Komitəsi tərəfindən Mətbuat Konfransı keçirilib.

AİF prezidenti Osman Gündüz Mətbuat Konfransında çıxış edərək Milli Net 2010 –nun məqsədləri və mərhələləri haqqında məlumat verib.

Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın  təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğunu qeyd edilib.

Bu il keçirilməsi nəzərdə tutulan Müsabiqənin Qaydalarında müəyyən dəyişikliklər edildiyi bildirilib.

Ötən ildən fərqli olaraq Nominasiyaların sayı artırılaraq 14-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın  keçirilməsi nəzərdə tutulub.

1. Korporativ sayt.
2. İctimai-sosial saytlar 
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. İnternet xidmətləri (Servislər)
9. Elm və təhsil
10. Dövlət və bələdiyyə saytları
11. İnternet marketinq
12. Mobil resurs (wap daxil deyil)
13. Elektron xidmət
14. İstifadəçi kontenti üzərində qurulmuş saytlar

Ötən ildə olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri tərəfindən deyil , peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.

Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması  zəruridir.  Əvvəlki müsabiqələrdə qalib gəlmiş resurslar növbəti 3 il müddətində bu resursu müsabiqəyə təqdim edə bilməzlər.  Ötən ildə olduğu kimi bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.

Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq.  İddiaçılar 2 ay müddətində www.millinet.az  saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Mətbuat Konfransında Təşkilat Komitəsinin üzvləri Osman Gündüz , Amid Quliyev , Şaiq Muradov və İlqar Mirzə media nümayəndələrini  maraqlandıran sualları cavablandırıblar.

Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.

Geniş məlumat : www.millinet.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar