Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz internet-resurs xidmətlərinin 11 növü üzrə inteqrasiya prosesini başa çatdırıb. Bu barədə nazirliyin sosial təminatı üzrə siyasət bölməsinin direktoru Elnur Sultanov birinci rübün nəticələrinə həsr olunan müşavirənin gedişatında məlumat verib.

Sultanovun sözlərinə görə, prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlərinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icarsı çərçivəsində artıq “Ünvanlı sosial yardımın verilməsi üçün elektron müraciət”, “Dövlət məşğulluq xidməti vasitəsilə iş axtarışı”, “Sosial maddi yardımların və təqaüdlərin hesablanması üçün sosial kalkulyator” fəaliyyətə başlayıb.
Sultanov, həmçinin qeyd edib ki, ötən ilin avqustundan 2012-ci ilin aprelin 1-nə kimi on-line rejimində nazirliyin müvafiq bölmələri tərəfindən baxılmış 1003 müraciət daxil olub. Bundan başqa, video konfrans yolu ilə müxtəlif regionlarında yaşayan vətəndaşların distans qəbulu təmin olunur.
Hazırda Gəncə, Göyçay və Qusarda fəaliyyət göstərən VS sistemi ilə daha 30 rayonu əhatə etmək nəzərdə tutulur.
Müşavirənin nəticəsinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən elektron xidmətlərin tətbiqiylə əlaqədar işlərin sürətlənməsi üzrə tapşırıqlar verilib.