İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron imzalar sahibkarların xərclərini 20-25 % azaldacaq

06.01.2009 [16:27]

Fontu böyüt:      

Yadigar İmamquliyevin sözlərinə görə, «elektron imza» müxtəlif sazişlərin bağlanmasında, eləcə də alqı-satqı proseslərin, elektron kommersiyanın həyata keçirilməsində geniş şəkildə istifadə olunacaq

  Gələcəkdə müştərilərin banklarla iş görməsi üçün bankın özünə getməsinə ehtiyac qalmayacaq. Haqqında çoxdan danışılan «elektron imza»ların işə düşməsi bütün sahələrlə yanaşı iqtisadi həyatda da yeniliklərə səbəb olmalıdır.
  Əslində «elektron imza» bizim adət etdiyimiz və əllə qoyulan imzadan tamamilə fərqlidir. «Elektron imza» insanın özünə aid olan və həmişə istifadə edə biləcəyi çox mürəkkəb rəqəmli koddur. Və bu kod iş adamlarının işini xeyli asanlaşdırmalıdır. Yəni hansısa ölkə ilə ticarət eləmək üçün hökmən ora getmək lazım gəlməyəcək. Məsələ bundadır ki, hələ 2004-cü ildə qəbul olunan qanuna görə, «elektron imza» əl imzası ilə eyni huquqi statusa malikdir. Yəni əllə imza qoyulması tələb olunan bütün yerlərdə elektron imzadan da istifadə etmək olar. Mütəxəssis   Yadigar İmamquliyevin sözlərinə görə, «elektron imza» müxtəlif sazişlərin bağlanmasında, eləcə də alqı-satqı proseslərin, elektron kommersiyanın həyata keçirilməsində geniş şəkildə istifadə olunacaq.
  İş adamları elektron imzanın xeyrini ilk növbədə nəqliyyat xərclərinin azalmasında hiss edəcək. İndi sahibkarlar xarici ölkələrlə müqavilə bağlayanda ona imza atmaq üçün ya özləri və ya nümayəndələri xaricə getməli olurlar. «Elektron imza» işə düşəndən sonra isə müqavilələrə elektron imza qoyub, onu İnternetlə də göndərmək mümkün olacaq. Bu qənaətlə yanaşı, həm də iş prosesini sürətləndirəcək. Bundan başqa, xarici və yerli iş adamları arasında birbaşa əlaqələr formalaşdığına görə, vasitəçilərə də ehtiyac qalmayacaq. Vasitəçilərin olmaması isə xərclərə qənaət və son nəticədə qiymətlərin aşağı olması deməkdir.
  Ümumiyətlə «elektron imza» müqavilələrin imzalanması üçün xərcləri 20-25 faiz azaldır. Elektron imzaların doğruluğunu, yəni imzanın doğrudan da onu göndərən şəxsə məxsus olduğunu sertifikatlaşma mərkəzləri yoxlayacaq. Elektron imza sığorta və bank xidmətləri sahəsində də çox ciddi dəyişikliklərə səbəb olacaq. Məsələn, bankla müştəri arasında əmanət və ya kredit müqavilələri də elektron imza vasitəsilə məsafədən bağlana biləcək. Pulların hesabdan hesaba köçürülməsi çətin olmadığına görə, müştərinin banka gəlməsinə də ehtiyac qalmayacaq. Elektron imzaların artıq bu ilin sonunda işə düşəcəyi gözlənilir.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar