Fontu böyüt:
Sony Walkman modelləri, Yaponiyada dörd ildən bəridir bazarın bir nömrəsi olan iPod-u keçdi. BCN adlı araşdırma şirkətinin nəşr etdiyi hesabatda cəmi bazar payında Sony Walkman 43% bölgü ilə liderdir. Həftəlik olaraq nəşr olunan hesabatda, 30 Avqust günü sona çatan həftə içərisində satılan MP3 çalarların 43%-nin Sony Walkman olduğu qeyd edilir. iPod isə 42.1% payla ikinci sıradadır.
Ən çox satılan iPod modeli isə iPod NANO 8GB-dır. Ən çox satan Walkman modeli isə NW-E042 olmuşdur. iPod satışlarının geriləməsinin ən böyük səbəbi insanların bunun yerinə iPhone-ni seçməsi göstərilir. iPhone-lər iPod-un etdiyi hər şeyi və daha çoxunu edə bilir. Buna görə də insanlar yüksək qiymətə iPod almağı seçmirlər. Yalnız musiqi dinləmək istəyənlər isə daha sadə modellərə yönəlirlər.