Fontu böyüt:
İnformasiya texnologiyalarının sürətlə inkişafı digər sahələrdə olduğu kimi işgüzar həyata da öz müsbət təsirini göstərməkdədir. Artıq real həyatda gördüyümüz bir çox işləri virtual aləmdə də həyata keçirmək imkanları mövcuddur. İş elanlarının bir mərkəzdə cəmləşməsi, firma və müəssisələrin əksər hissəsinin internet resursa malik olması imkan verir ki, iş axtarışı prosesi daha əlverişli olsun. Cv yazılışı ilə bağlı bölməmizdəki şərtlərə əməl edərək, yaxşı bir cv hazırladıqdan sonra siz, karyera hədəfinizə uyğun müəssisələrin internet saytlarına daxil olmaqla e-poçt ünvanlarını əldə edə bilər və cv-nizi göndərə bilərsiniz. Belə olduğu təqdirdə siz qısa müddətdə bir çox müəssisəyə müraciət etmiş olarsınız ki, bu da vaxt itkisinin qarşısını almış olar.
Iş elanları saytları iş axtaran şəxslər üçün effektli bir vasitə olduğu kimi, işəgötürənlər üçün də yaxşı bir vasitədir. Bu gün müəssisələr internet saytlar vasitəsilə istədikləri sahə üzrə mütəxəssislərin cv-ləri ilə tanış ola bilir və işçi seçimində çətinliklə qarşılaşmırlar. İş axtarışı saytları davamlı olaraq yenilənir. Bu səbəbdən də iş axtarışı mərhələsində davamlı olaraq siz saytları izləməli və seçim etdiyiniz peşənin mövcud olduğu müəssisələrə müraciətlərinizi davam etdirməlisiniz.
İş axtarışı prosesində siz həm də tələb olunan xüsusiyyətlərlə tanış ola biləcəksiniz. Mövcud iş elanında işçidə tələb olunan bilik və bacarıqlar və eləcə də digər xüsusiyyətlər haqqında məlumatlar olur ki, bu da sizə imkan verəcək ki zəif yönlərinizi müəyyənləşdirə və qısa müddətdə aradan qaldırasınız.
Ümumiyyətlə iş axtarışı saytlarının davamlı olaraq monitorinqinin aparılması yalnız iş axtarışı mərhələsində deyil, həm də peşə seçimi etmədən öncə də olsa yaxşı olardı. Çünki bu zaman siz hansı peşələrə daha çox ehtiyac duyulduğunu görə, peşələr və onlarda tələb olunan xüsusiyyətlərlə tanış ola bilərsiniz.
Aşağıda bir çox iş axtarışı saytlarını qeyd edirik.
Iş axtarışı saytları:
Ən çox müraciət olunan saytlardandır və bu sayt vasitəsi ilə cv yerləşdirə, müxtəlif sahələr üzrə vakansiyalarla tanış ola bilərsiniz. Saytda kateqoriya, şəhər, məvacib, iş təcrübəsinə görə axtarış imkanları vardır.
iş elanları, cv-lərin yerləşdirilməsi, Profillər üzrə kadr axtarışı, online cv tərtibatı, Şəxsi kabinetiniz, İş elanlarının aktivləşdirilməsi və passivləşdirilməsi, Profillər üzrə kadr axtarışı, Yeni iş elanları haqqında xəbərdarlıq
Hər gün yenilənən bu saytda da siz iş elanları və təlimlərlə bağlı məlumatlar əldə edə bilərsiniz. Bu saytda xüsusilə Qeyri Hökümət Təşkilatlarında və beynəlxalq təşkilatlarda mövcud vakansiyalarla tanış ola bilərsiniz.
cv-lərin axtarışı və əlavə olunması, vakansiyaların axtarışı və əlavə olunması
Saytda qeydiyatdan keçməklə cv yerləşdirə, iş və işçi axtara bilərsiniz. İş axtaranlara məsləhətlər.
Hər gün yenilənən iş elanları, şirkətlər haqqında məlumatlar, regionlar üzrə iş axtarışı
İş axtarışı, cv-lərin yerləşdirilməsi, kateqoriyalar üzrə vakansiyalar
İş təklifləri, cv yerləşdirilməsi, işəgötürənlər üçün cv axtarışı
İstifadəçi hesabı, məlumatların yerləşdirilməsi və redaktə olunması, iş axtarışı, işəgötürənlər üçün şirkət qeydiyatı.
Iş elanları və cv yükləmə
cv yerləşdirilməsi və iş axtarışı. İş elanlarının yerləşdirilməsi isə pulludur.
müxtəlif sektorlar üzrə vakansiyalar, regionlar üzrə axtarış, işlə bağlı məqalələr.
Məvacib, vəzifə üzrə iş axtarışı.
müxtəlif sahələr üzrə sistemləşdirilmiş iş elanları.
İş elanlarının yerləşdirilməsi, cv əlavə etmək və cv axtarışı, regionlar və kateqoriyalar üzrə iş axtarışı
məvavib və regionlar üzrə iş axtarışı, cv hazırlamaq və əlavə etmək
Eyvaz Qocayev, http://eyvaz.azeriblog.com