21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İnternetdə sağlamlıq haqqında bilgiləri hər gün oxuyuruq. İndi internet bütün ənənəvi üsulları qabaqlayır. İnternet bütün dərdlərə çarə tapa bilir. İspaniyada aparılan araşdırmalara görə, insanlar sağlamlıqlarından şikayət etdikdə ilk növbədə internetə girirlər. İnsanların 40%-ı çarəni internetdə axtarır. Artıq xəstəxənaya gedib, həkimin qəbuluna düşmək ikinci planda qalır. Lakin həkimlərin 31%-i internetdə olan sağlamlıq haqqında bilgilərə inanmır.
Bu statistika həkimlərin tamamilə interneti inkar etdiyi anlamına gəlmir. Həkimlərin 30%-i isə xəstələrə öz narahatlıqları barədə bilgiləri fərqli internet saytlarından əldə etməyi tövsiyyə edirlər. Həkimlərin 42%-i internetdən əldə edilən bu məlumatların xəstələrin, narahatlıqları haqqında vaxtında tədbir görməsini sürətləndirdiyini də qəbul edir. Həkimlərin yalnız 20%-i internetin xəstələrə həqiqətən faydalı olduğu fikirindədir.
Ümumilikdə isə həkimlərin çox böyük qisimi internetdəki məlumatların xəstənin yalnız marağını aradan qaldırdığını, amma xəstəliyinin yaxşılaşmasına faydası olmadığını düşünür.