“Amazon Web Services” (AWS) “bulud” hostinq platforması məşhur açıq “Postgresql” məlumat bazalarının idarə edilməsi sisteminin hosted-versiyasına çıxış təqdim edir.
“Amazon Web Services” (AWS) “bulud” hostinq platforması məşhur açıq “Postgresql” məlumat bazalarının idarə edilməsi sisteminin hosted-versiyasına çıxış təqdim edir. Bu platforma “Amazon RDS” (Relational Database Service) servisinin bir hissəsi olacaq.
Məlumata əsasən, istifadəçilərin istəklərinə cavab olaraq yaradılan yeni təklif hazırda beta-versiya mərhələsindədir.
“PostgreSQL”-ə çıxış ən tez-tez sifariş edilən opsuyalardan biridir.
“Amazon” əvvəllər RDS servisində “MySQL”, “Oracle Database” və “Microsoft SQL Server” dəstəklənməsini təmin edib.
Şirkətdən bildirilib ki, “bulud” sistemində “Postgres”in dəstəklənməsi tam reallaşdırılıb. (ictnews.az)