İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Telekanallarla bağlı növbəti dəyirmi masa keçirilib

13.10.2009 [17:19]

Fontu böyüt:      


Mirşahin Ağayev: "Telekanallardakı verilişlərin səviyyəsini ilk növbədə tamaşaçının zövqü ilə müqayisə etmək lazımdır"

"Milli Televiziya və Radio Şurasının əsas məqsədi telekanalların verilişlərindəki keyfiyyət dəyişikliyinə inzibati yollarla nail olmaq deyil", - bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə "Azərbaycanın efir məkanında mövcud vəziyyət" mövzusunda keçirilən birgə dəyirmi masada MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, dəyişikliyə nail olmaq üçün telekanlların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. "Bizi ən çox narahat edən məsələ televiziya və radiolarda aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu isə verilişlərin keyfiyyətinə ciddi təsir edir. Telekanallarda maarifçilik verilişlərinə daha çox yer ayrılmalıdır. Reklamların məzmununa da xüsusi diqqət yetirilməlidir", - şura sədri əlavə edib.

Onun fikrincə, telekanallardakı peşəkarlıq problemini həll etmək üçün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə tələbə qəbulunun sayını artırmaq lazımdır. "Televiziya üzrə akademiyanın yaradılmasına da ehtiyac var və yaxın müddətdə bununla bağlı konkret addımlar atılacaq", - Məhərrəmli vurğulayıb.

"Telekanallardakı verilişlərin səviyyəsini ilk növbədə tamaşaçının zövqü ilə müqayisə etmək lazımdır", - tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib.

Onun fikrincə, telekanallardakı problemləri kampaniya ilə yox, konkret işlər görməklə həll etmək mümkündür.

"Telekanllar milli dəyərlərin qorunmasına xüsusi diqqət ayırmalıdırlar", - dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Məlahət Həsənova qeyd edib.

Həsənovanın sözlərinə görə, təkcə telekanallarda deyil, bir qrup qəzet və internet saytlarında da milli-mənəvi dəyərlərə uyğun gəlməyən materiallar rast gəlmək olur. "Bütün bu problemlərin həlli üçün mütləq nəzarət mexanizmi olmalıdır", - millət vəkili vurğulayıb.

"Telekanallar cəmiyyətin bir parçasıdır, cəmiyyətimiz necədirsə, televiziyalarımız da elədir", - tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Onun fikrincə, Azərbaycanda təkcə telekanallarda yox, uşaq bağçalarında, orta və ali təhsil məktəblərində da milli dəyərlərin qorunmasına ciddi ehtiyac var. "Televiziyalardakı əsas problem isə peşəkarlıqla bağlıdır. Bizim telekanalların əksəriyyəti başqa ölkələrin telekanallarındakı şou proqramları yamsılayırlar. Biz müğənnilərin geyimlərindən danışırıq, amma problem həm də onların səsi, oxuduqları mahnıların sözləri ilə bağlı olur", - Rüstəmxanlı vurğulayıb.

Millət vəkili deyib ki, bütün bu problemləri həll etmək üçün milli konsepsiyanın qəbul olunmasına ehtiyac var. // Trend


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar