Fontu böyüt:
Cari ilin dekabr ayının 6-dan 10-dək Beynəlxalq Telekommunikasiya İttifaqının İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında radiotezlik spektri və peyk orbitlərinin istifadə olunması məsələlərinə dair Ümumdünya Radiorabitə Seminarı keçirilir.
Azərbaycan Respublikasının rabitə administrasiyası adından seminara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşları qatılıb.
Tədbirin ilk iki günü tezlik istifadəsinin idarə olunmasına dair beynəlxalq aspektlər və radiorabitə sahəsində standartlaşma məsələləri ətrafında müzakirələr aparılacaq. Proqramın qalan hissəsini isə seminar-praktikum və mühazirələr təşkil edir.
Qeyd edək ki, bu cür seminarlar iki ildən bir BTİ-nin Radiorabitə Bürosu tərəfindən təşkil olunur.