İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakcell və AIESEC təşkilatı gənclər üçün təcrübə mübadiləsi proqramına başladı

12.11.2010 [10:46]

Fontu böyüt:      

Azərbaycanın ilk mobil operatoru olan Bakcell dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə anlaşma memorandumu imzalayıb. Bakcell və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıq edəcəklər.

Azərbaycanın ilk mobil operatoru olan Bakcell dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə anlaşma memorandumu imzalayıb.

Bakcell və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq çərçivəsində Bakcell-in gənc işçilərinin AIESEC-in beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməsi, eləcə də tələbələr və universitet məzunlarına Bakcell şirkətində təcrübə keçmək imkanlarının yaradılması nəzərdə tutulur.

Mərasimdə iştirak edən Bakcell-in baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, Bakcell və AIESEC arasındakı bu anlaşma memorandumu çox müsbət bir şəraitdə və faydalı əməkdaşlıq ruhunda hazırlanıb. \\Biz təlim fəaliyyətlərimizi genişləndirməkdən çox məmnunuq və AIESEC-lə tərəfdaşlıq Bakcell-in Azərbaycan gənclərinin təhsilinə sərmayə yatırmaq istəyinə gözəl bir nümunədir\\, - o deyib.

\\Biz Bakcell-lə əməkdaşlığa başlamaqdan olduqca məmnunuq. İnanırıq ki, biz Bakcell-in fəaliyyətinə yeniliklər gətirəcəyik və Azərbaycanda, eləcə də dünyada müxtəlif mədəniyyətlərə mənsub olan gənclərin liderlik potensialını gücləndirmək missiyamıza öz töhfələrimizi verəcəyik\\, - AIESEC təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Apetrey bildirib.

Dünyanın 110-dan çox ölkəsində 50 mindən yuxarı üzvü olan AIESEC təşkilatı gənclərə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirak etməklə liderlik bacarıqları qazanmaq və qlobal təhsil proqramlarından faydalanmağa şərait yaradır. 

Abunəçilərinin sayı artıq 2 milyonu keçmiş Bakcell müştərilərinin ehtiyaclarını daim öyrənmək və onlara ən yaxşı xidməti göstərmək üçün 2010-cu ilin fevralında öz işçiləri üçün böyük Təlim Mərkəzini açıb. Bu günədək Bakcell aşağıdakı təlim layihələrinə vəsait ayırıb: Bakcell-in \\Mercer\\ şirkəti ilə birgə həyata keçirdiyi rəhbər heyətin peşəkarlığının inkişafına yönəlmiş \\Bakcell Formula\\ programı, Bakcell-in tələbələr üçün \\Bakcell Məzun\\ proqramı, Bakcell və \\Junior Achievement Azərbaycan\\ təşkilatının texniki fakültələrin tələbələri üçün \\Mobil Telekommunikasıya Biznesinə Giriş\\ proqramı, eləcə də Bakcell və AIESEC təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar