Fontu böyüt:
1988-ci ildən Amerikanın kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu informasiyanın beynəlxalq müdafiəsi günü elan etdi.
Belə bir günün keçirilməsini vacib bilən bir sıra ölkələr də bu çağırışa qoşuldu. Adından da göründüyü kimi, informasiyanın müdafiəsi gününün keçirilməsində əsas məqsəd- kompüterlərin və onların daşıdığı informasiyanın müdafiəsinin vacibliyini xatırlatmaqdır.
Təbii ki, bunu xatırlayan hər bir istehsalçı və istifadəçi təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməlidir. Kompüterdən bəhrələnən insan nəyə görə məhz 1988-ci ildə müdafiə haqda düşündü sualının cavabı isə çox sadədir. Düzdür, hələ 1983-cü ildə kompüter virusunun ilk prototipi yaransa da, amma, məhz 1988-ci ildə «Sürfə» kompüter virusunun ilk kütləvi epidemiyası qeydə alındı. Bu dəhşətli viursa onun yaradıcısı morrisin adı verilib.
Elə məhz onda mütəxəssislər informasiya təhlükəsizliyininin təmin olunması məsələsinə kompleks yanaşmanın vacib olduğunu düşündülər. Müdafiə olunmayan kompüter avadanlığı çox böyük təhlükə mənbəyidir. 2000-ci ildə buraxılan «I love you» kompüter virusu təkcə şimali amerikaya milyard dollar ziyan vurmuşdu, mütəxəssislər hesab edir ki, hər bir istifadəçi şəxsən kompüterdəki informasiyanın təhülkəsizliyinə cavabdeh olduğu halda virus problemini tam həll etmək olar.
Ümumiyyətlə isə inofrmasiyanının müdafiəsi anti virus proqramlarının quraşdırılmasını, çətin tapılan giriş kodlarının olmasını, informasiya resurslarının və aktivlərin fiziki müdafiəsini nəzərdə tutur. Nəzərdə tutulanların reallaşdırılması isə vacibdir. Axı biz kompüterlərə vacib informasiyaları etibar edirik. Təəssüf ki, informasiyanı bir neçə saniyədə əldə etmək imkanı verən viruslar əmnatə xəyanətin yaxşı iş olmadığından xəbərsizdilər.// Qaynar