Fontu böyüt:
Milli Teleradio Yayım Şurası xarici radio stansiyaların milli tezliklərdə yayımı ilə bağlı qərarını təxirə saldı. Mətbuata açıqlamasında qurumun sədri Nuşirəvan Məhərrəmli bunu səhhətindəki problemlərlə əlaqələndirib.
Ancaq diplomatik mənbədən əldə etdilen məlumata görə, MTRŞ-nın iclasının təxirə salınması heç də Nuşirəvan Məhərrəmlinin qripləməsi ilə bağlı deyil. Mənbəmizin məlumatına görə, iclasın təxirə salınması Milli Məclisin bu gün keçiriləcək iclasında «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə Referendum Aktı» layihəsinin müzakirəsi ilə bağlıdır.
Parlamentin qərarından sonra ABŞ hökumətinin mövqeyinin necə olacağını gözləyən hakimiyyət xarici radiolarla bağlı qərarını şüurlu şəkildə geçikdirir. Əslində bununla hakimiyyət Qərbə «referendum məsələsinə göz yumularsa, radiolar yayımlanacaq» mesajını vermiş olur. Bu məlumatla bağlı MTRŞ-nin sədri Nüşirəvan Məhərrəmlinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı.www.bizimyol.az
xeberler.az/Ellada