21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amazon.com şirkəti elektron kitabların oxunması üçün "Kindle" qurğusunun yeni versiyasını təqdim edib
Amazon.com şirkəti elektron kitabların oxunmasında məşhur olan "Kindle" qurğusunun nəhayət ki, yeni versiyasını təqdim edib.
"Kindle 2" qurğusu da sələfi kimi 3G naqilsiz şəbəkə vasitəsilə yüklənən kitab, qəzet, jurnal və bloqların oxunması üçün nəzərdə tutulub. Onun displeyi kağızda çapı əvəz edən “elektron mürəkkəb” texnologiyası əsasında hazırlanıb. Displey maye kristal ekrandan işıqlanmasına görə fərqlənir. Belə ki, bu halda gözlər daha az yorulur.
Hazırda Amazon.com "Kindle"də oxunması nəzərdə tutulmuş artıq 230 mindən çox kitab, həmçinin çoxlu sayda qəzet, jurnal və bloq təklif edir.
"Kindle 2"nin yaddaşı isə 2Gbaytdır ki, bu da birinci modelin yaddaşından 7 dəfə çoxdur. Bu cür yaddaş təxminən 1500 kitabın saxlanılması üçün kifayət edir. Qurğuda yeni funksiyanın sayəsində mətnlərin səsləndirilməsi də mümkündür. Mətnin kişi və ya qadın diktor tərəfindən səsləndirilməsinə isə istifadəçi özü qərar verir.
"Kindle 2"nin qalınlığı cəmi 9 mm-dir (bu, qalınlığı 12 mm olan iPhone smartfonundan daha nazikdir), kütləsi isə 290 qr.-dır...