İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Nar Mobile 3G+ xidmətlərini təqdim edir

12.11.2010 [10:41]

Fontu böyüt:      

İndi Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində 3G+ USB modem vasitəsilə yüksək sürətli İnternetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və Video Zəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.

İndi Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində 3G+ USB modem vasitəsilə yüksək sürətli İnternetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və Video Zəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.

Nar Mobile abunəçiləri 3G+ USB modemin vasitəsi ilə Azərbaycan ərazisində 3G+ əhatə dairəsinə daxil olan bölgələrdə 3.6 Mb/s. qədər sürətlə İnternetdən yararlana biləcəklər. Nar 3G+⁺ xidmətindən istifadə etmək istəyən hər kəs cəmi 39 AZN-ə Nar 3G+ Modemi, DATA SIM Kartını və Nar Turbo-3 paketini (60 Mb trafik) birlikdə əldə edəcək. Üstəlik, abunəçilər 1 il ərzində Nar 3G+ Modemdən yararlanmaq üçün hər hansı Nar Turbo paketini aldıqda eynisini Nar Mobile-dan hədiyyə alacaq.

Bundan əlavə, Nar Mobile abunəçiləri Mobil TV xidməti vasitəsi ilə mobil telefonlarında idman oyunlarını, maraqlı verilişləri və sevimli televiziya seriallarını izləyə biləcəklər. 31 dekabr 2010 il tarixinədək bu xidmətdən istifadə üçün heç bir ödəniş tələb olunmur, o bütün Nar Mobile istifadəçiləri üçün pulsuzdur. Mobil TV xidməti vasitəsi ilə Az TV (Azərbaycan), ANS TV (Azərbaycan), Azad Azərbaycan (Azərbaycan), İctimai TV (Azərbaycan), Show TV (Türkiyə), ATV (Türkiyə), Kral TV (Türkiyə), Lig TV (Türkiyə), TNT (Rusiya) kimi kanalları mobil telefonda canlı rejimdə izləmək mümkündür.

Nar 3G+⁺ xidməti çərçivəsində abunəçilər Video Zəng etmək imkanından istifadə edə bilərlər. Bu xidmət vasitəsi ilə Nar Mobile abunəçiləri 31 dekabr 2010-cu il tarixinədək adi zəng qiymətinə eyni zamanda bir birini eşitmək və canlı şəkildə görmək imkanını əldə edir. Xidmət bütün Nar Mobile abunəçiləri üçün avtomatik olaraq aktivləşdirilmişdir. Video Zəng etmək üçün istifadəçinin mobil telefonu 3G+ şəbəkəsini dəstəkləməlidir.

Nar 3G+ xidməti haqqında ətraflı məlumat almaq üçün www.NarMobile.az İnternet səhifəsinə daxil olmaq kifayətdir.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar