21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) birgə həyata keçirdikləri “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində regionlarda ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə və bank xidmətlərinin inkişaf etdirilməsi üzrə işlər görülür.
İndiyədək beynəlxalq bağlamaların, beynəlxalq korrespondensiyaların izlənməsi sistemi yaradılmış, Dünya Poçt İttifaqının STEFİ elektron pul köçürülməsi sisteminə qoşulması təmin olunmuş, 7 ölkə ilə mübadilə təşkil edilmişdir.
Əhalinin, xüsusilə ucqar ərazilərdə yaşayanların istifadə edə biləcəyi universal telekommunikasiya və poçt rabitəsi xidmətlərinin təşkili üçün tədbirlər görülmüşdür.
Layihənin ümumi dəyəri 17,5 milyon ABŞ dollarına bərabərdir. Bunun 12,5 milyon dollarını DB Azərbaycana kredit şəklində ayırmışdır. Qalan 5 milyon dollar isə Azərbaycan hökumətinın payına düşür.