İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01.04.2013 [15:15]

Fontu böyüt:      

Təhsil Nazirliyində "Peşə Seçiminə Dəstək Sistemi" (PSDS) portalının ( www.psds.edu.az ) təqdimatı olub. Təhsil işçilərinin, türkiyəli mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilin, o cümlədən peşə təhsilinin inkişafına böyük önəm verdiyini bildirib.
Təhsil Nazirliyində "Peşə Seçiminə Dəstək Sistemi" (PSDS) portalının ( www.psds.edu.az ) təqdimatı olub. Təhsil işçilərinin, türkiyəli mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilin, o cümlədən peşə təhsilinin inkişafına böyük önəm verdiyini bildirib.
Ölkəmizdə 100-dən çox peşə məktəbinin fəaliyyət göstərdiyini qeyd edən nazir, eyni zamanda, peşə təhsili ilə bağlı məlumatların daha geniş yayılmasının vacibliyini vurğulayıb, təhsilin bu sahəsi üzrə reallaşdırılan tədbirlərdən danışıb, "Peşə Seçiminə Dəstək Sistemi" portalının əhəmiyyətini diqqətə çatdırıb. Sonra portal barədə məlumat verilərək bildirilib ki, PSDS-nin əsas məqsədi orta məktəb şagirdlərini peşələrlə daha yaxından tanış etmək, onları bacarıq və maraqlarına uyğun peşə sahələrinə istiqamətləndirmək, məzunların işəgötürənlərlə əlaqə qurmalarını təmin etməkdir.
Portal özündə "Özünü tanı", "Peşə ixtisasları", "Peşə təhsili müəssisələri", "Şagird qəbulu", "CV yüklə" və "CV siyahısı" bölmələrini birləşdirir. İstifadəçilər "Özünü tanı" bölməsində 170 sualdan ibarət testləri həll etməklə bacarıq və maraqları ilə bağlı özlərində aydın təsəvvür formalaşdıra bilərlər. Bölmədə, həmçinin əldə olunan nəticələrə görə sistem tərəfindən təklif olunan peşə seçimlərinə çıxış əldə etmək imkanı yaradılıb.
"Peşə ixtisasları" bölməsində müvafiq peşələr haqqında ətraflı məlumatlar əldə etmək mümkündür. İstifadəçilər "Peşə təhsili müəssisələri" bölməsində seçdikləri peşə ixtisasının hansı peşə təhsili müəssisələrində tədris olunduğu haqqında informasiya ala və həmin peşə təhsili müəssisələrinə dair ətraflı məlumat əldə edə bilərlər.
"Şagird qəbulu" bölməsində müvafiq peşə ixtisasına uyğun peşə təhsili müəssisələrinə ərizə ilə müraciət etmək imkanı yaradılıb. İstifadəçilər "CV yüklə" bölməsində özləri haqqında məlumatları daxil edərək işəgötürənlərin onlarla əlaqə saxlamasını təmin edə bilərlər. "CV siyahısı" bölməsində namizəd tələb olunan meyarları daxil edərək istənilən namizəd siyahısına çıxış əldə edə və hər bir namizədin CV məlumatlarını nəzərdən keçirə bilər. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar