İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlanıb

17.11.2009 [14:44]

Fontu böyüt:      

Informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində müxtəlif peşə sahibləri və tələbələrə geniş imkanlar yaradan “Xalq kompüteri” layihəsinin yeni mərhələsi elan olunub.

Bu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycanın Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri ilə birgə həyata keçirdiyi “Xalq kompüteri” pilot layihəsinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib. Mətbuat konfransında pilot layihənin nəticələri açıqlanıb, eyni zamanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində müxtəlif peşə sahibləri və tələbələrə geniş imkanlar yaradan “Xalq kompüteri” layihəsinin yeni mərhələsi elan olunub.

Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

“Xalq kompüteri” pilot layihəsi çərçivəsində kompüter əldə edilməsi üçün güzəştli şərtlər Azərbaycanın orta ümumtəhsil məktəblərinin müəllimlərinə şamil olunmuşdur. Onun nəticələrinə görə Azərbaycanın orta ümumtəhsil məktəblərinin 3,5 mindən yuxarı müəllim heyəti güzəştli şərtlərlə müasir kompüterlərə yiyələnmək və internet şəbəkəsinə qoşulmaq imkanı əldə edib.

Layihənin şərtlərinə uyğun olaraq, müəllimlərə Microsoft şirkətinin lisenziyalı proqram təminatlı HP şirkətinin istehsalı olan mini-noutlar, noutbuklar və stolüstü kompüterlər təklif edilmişdir. Müəllimlər bütün avadanlıqları 12 ay müddətinə faizsiz kreditlə əldə edə biliblər. “Xalq kompüteri” çərçivəsində təqdim edilən kompüterlərin məbləği bazar qiymətlərindən 25-40% aşağıdır. Bundan başqa, layihənin iştirakçılarına “Aztelekom.net”dən və “Bakinternet”dən internetə qoşulmaq üçün pulsuz kartlar təqdim olunub. Kompüterlərin tədarükü Bestcomp Group şirkəti tərəfindən həyata keçirilmişdir.

Pilot layihəsinin 6 aylıq işinin nəticələrinə görə pedaqoqların layihədə iştirak etmək üçün göstərdikləri yüksək maraq səviyyəsi üzə çıxmışdır. Ən çox fəallıq Bakı, Salyan və Quba şəhərinin müəllimləri tərəfindən nümayiş etdirilib. Nəticələr müəllimlər arasında informasiya texnologiyalarına olan yüksək tələbatdan, eləcə də layihənin davam etdirilməsi və inkişafı zərurətindən xəbər verir.

Layihənin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların uğurlu əməkdaşlığının, eləcə də dövlət strukturlarının və İKT sektorunun dünyanın aparıcı biznes şirkətləri ilə tərəfdaşlığının təzahürüdür.

“Xalq kompüteri” layihəsinin ikinci mərhələsində iştirakçı dairəsini genişləndirərək layihəyə ali məktəb müəllimləri və tələbələri, həkimlər və digər peşə nümayəndələrinin də cəlb edilməsi planlaşdırılır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar