Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nazirliklər və şöbələrin elektron xidmətlərini vahid sistemə - “Elektron hökumət” portalına birləşdirəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nazirliklər və şöbələrin elektron xidmətlərini vahid sistemə - “Elektron hökumət” portalına birləşdirəcək. Bu barədə informasiya cəmiyyətinin inkişafı üzrə nazirliyin bölməsinin konsultantı Etibar Ümidov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, hazırda müxtəlif platformalarda yerləşən dövlət strukturlarının informasiya sistemlərini birləşdirilməsi məqsədi ilə texniki işlər və əlavə avadanlığın quraşdırılması işləri həyata keçirilir.
“Elektron hökumət” layihəsi çərçivəsində təxminən 300-ə qədər xidmətin göstərilməsi planlaşdırılır. Bu istiqamətdə işlərin ilin sonuna kimi başa çatdırılması gözlənilir. Portala artıq 60-dan çox elektron xidmət göstərən 16 dövlət strukturu qoşulub. E.Ümidov onu da qeyd edib ki, yeni xidmətlər yarandıqca onlar portalda öz əksini tapacaq.