İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bulvarda 5D formatlı kinozal quraşdırılacaq

17.06.2010 [05:11]

Fontu böyüt:      

4D İSRAİLDƏN GƏTİRİLMİŞDİ, 5D İSƏ YAPONİYA İSTEHSALIDIR Yaponiya ilə müqavilənin xeyli vaxtdır bağlandığını deyən Nazim Məcidov artıq avadanlığın yolda olduğunu da bildirdi. «Gözləyirik, bu ayın axırı, gələn ayın əvvəli istifadəyə verə biləcəyik».

Yaxın vaxtlarda Milli Parkda 5D formatlı kinoteatr fəaliyyətə başlayacaq. Bunu Azadlıq radiosuna  Dənizkənarı Milli Parkın direktor müavini Nazim Məcidov verib.

Onun bildirdiyinə görə, Milli Parkda 4D formatlı kinoteatr xeyli vaxtdır ki, tamaşaçıların xidmətindədir. «Amma 5D əvvəlkindən daha üstün xüsusiyyətlərə malik olacaq».

ÜSTÜNDƏ GƏZƏN HƏŞƏRATI DA...

Rəis müavini 5D formatının 3D və 4D-dən fərqini də açdı. «İnsan əvvəlki formatlarda öz üzərində hiss etmədiyi əlamətləri 5D-də daha rahat duyacaq. 4D-də küləyi, isti-soyuğu hiss Nazim Məcidov
edirdinsə, 5D-də üstündə gəzən həşəratı, hətta qoxunu belə duyacaqsan».Nazim Məcidov

4D İSRAİLDƏN GƏTİRİLMİŞDİ, 5D İSƏ YAPONİYA İSTEHSALIDIR

Yaponiya ilə müqavilənin xeyli vaxtdır bağlandığını deyən Nazim Məcidov artıq avadanlığın yolda olduğunu da bildirdi. «Gözləyirik, bu ayın axırı, gələn ayın əvvəli istifadəyə verə biləcəyik».

«Quraşdırılma çox vaxt aparmayacaq ki», -sualına direktor müavininin cavabı belə oldu: «Yox, 3-4 gün vaxt aparacaq. Çünki yüngül konstruksiyadan ibarətdir».

QURAŞDIRILMADAN SONRA SINAQDAN KEÇİRİLƏCƏK

Nazim Məcidov avadanlığı gətirən mütəxəssisin burda ona qulluq edəcək işçilər hazırlayacağını da sözlərinə əlavə etdi. «Bunlar da bir az vaxt aparacaq. Amma cəmi 5-10 günə bütün məsələlər yoluna qoyulacaq».

TAMAŞAÇI QITLIĞI OLMAYACAQ

4D formatlı kinoteatrın üç aylıq fəaliyyətinin tamaşaçı qıtlığı yaratmayacağına əminlik yaratdığını deyən Nazim Məcidov hətta bəzi günlər—şənbə-bazar və bayram günlərində bu formata marağın təklifi üstələdiyini də vurğuladı. «O üzdən daha müasir formatı seçdik və düşündük ki, 5D-nin Bakı bulvarında olması onun şöhrətini artıracaq».

KİNOZAL 12 YERLİK OLACAQ

Nazim Məcidov belə kinozalların adətən böyük olmadığını dedi. «7 və 10 yerlik olanları da var».

QİYMƏTİ 5 MANAT OLACAQ

4D formatının da bu qiymətə olduğunu bildirən müsahibimiz 5 D-nin bundan artıq olmayacağına əminliyini ifadə etdi. «Yenə 5 manat həddində olacaq».

«ŞEYTAN TƏKƏRİ»NİN YANINDA OLACAQ

Müsahibimiz sonda kinozalın bulvarın orta hissəsində, «Şeytan təkəri»nin, qoşa fəvvarələrin yanında qərar tutacağını da bildirdi.

4D formatlı kinozal Bulvarın «Hökumət evi»ylə üzbəüz hissəsindədir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar