Azərbaycanın ilk virtual nəşrinin yeni elektron versiyası istifadəyə verilib
Azərbaycanın ilk virtual nəşri -
"Azərbaycan müəllimi" qəzetinin yeni elektron versiyası oxucuların istifadəsinə verilib. Yeni virtual qəzet "Elektron Azərbaycan" Dövlət Proqramı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq hazırlanıb. Qazetin elektron variantı informasiyalarla yaxından tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir. Qəzetin saytında materiallar bölmələr üzrə yerləşdirilib.
Materiallarla
http://www.muallim.edu.az ünvanında tanış ola bilərsiniz.
Azərbaycanın ilk virtual nəşrinin yeni elektron versiyası istifadəyə verilib