Aprelin 4-dən etibarən 4 gün ərzində Yekaterinburq (Rusiya) şəhərində kompyuter texnikası və müasir informasiya texnologiyalarına həsr olunmuş “Uralinfo-2012” sərgisi keçiriləcək.
Tədbir 3 bölməni əhatə edəcək: informasiya texnologiyaları, elektron şəhər və kompyuter avadanlıqlarının təchizatı.

Xeberler.az İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verir ki, informasiya texnologiyaları bölməsində informasiya sistemləri və proqramlar, mühasibat və vergi sisteminin avtomatlaşdırılması, elektron sənəd dövriyyəsi sistemləri və ofis proqramları, müəssisələrin idarəetmə sistemləri (CRM) nümayiş olunacaq.
“Elektron şəhər” bölməsində şəhərdə İKT-nin inkişafının strateji planlaşdırılması, elektron bələdiyyə, "ağıllı" ev, informasiya-məlumat sistemləri və xidmətləri, kompyuter avadanlıqlarının təchizatı bölməsində isə mobil və portativ kompyuterlər, periferiya avadanlıqları və şəbəkə həlləri diqqətə çatdırılacaq.
Əsas məqsəd qarşıya qoyulacaq məsələlərin müxtəlif aspektlərini diqqətə çatdırmaq, sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına yardım etmək və qarşılıqlı müzakirələr nəticəsində yeniliklərlə tanış olmaqdır.
Mirvari