21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hazırda Azərbaycanda CD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompüter proqramları bazarında 88-89 faiz pirat məhsullar var.
Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb: “Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq.
Bunlarla yanaşı, müvafiq məcəllələrə dəyişiklik edilməli, cərimələrin məbləği artırılmalı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması ilə bağlı seminarlar və maarifləndirici tədbirlər keçirilməlidir”.