Fontu böyüt:
Bu qurğu Chrome OS əməliyyat sistemi altında işləyəcək.
“DownloadSquad” xəbər verir ki, 2010-cu ilin noyabr ayının 26-da Google özünün ilk planşetini buraxacaq.
Bu qurğu Chrome OS əməliyyat sistemi altında işləyəcək və Amerika Verizon əlaqə rabitəsinin salonlarında satılacaq. Planşetin quraşdırması ilə əvvəllər Google Nexus One smartfonunu quraşdıran NTS korporasiyası məşğul olacaq.
Planşetin texniki xarakteristikası hələlik açıqlanmayıb. Korporasiyanın nümayəndələri hətta bu planşetin mövcudluğunu rəsmi olaraq təsdiq etməyiblər. Buna baxmayaraq, məlumdur ki, ilin sonunda bir neçə nəhəng elektronika istehsalçıları Chrome OS əməliyyat sistemi ilə işləyən qurğuları buraxacaqlar.
Xatırladaq ki, Google avqust ayın ortalarında veb-əlavələrin mağazasını təqdim edib. Oyunları, servisləri, proqramları mağazadan hipermətnli standartlı sənədləri - HTML5-i dəstəkləyən Chrome OS qurğuların sahibləri, həmçinin Chrome brauzerin istifadəçiləri və digərləri də ala bilərlər.
mənbə: itv.az