21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Təhsil Nazirliyi Zərifə Əliyeva adına orta məktəbə “Elektron məktəb” layihəsinin icrası üçün elektron lövhə, proyektor və notbuklar təqdim edib.
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bu layihə ölkə prezidentinin təsdiqlədiyi Təhsilin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Nazirin sözlərinə görə, yeni avadanlıqlar hələlik iki orta məktəbdə quraşdırılıb. Həmin avadanlıqlar bu yaxınlarda “Avropa” liseyinə təhvil verilib. Yeni xüsusi avadanlıqların digər məktəblərə də verilməsi nəzərdə tutulur.
M. Mərdanov qeyd edib ki, “Elektron məktəb” dünyada çox uğurla həyata keçirilən layihələrdəndir. Bu layihənin Azərbaycan üçün də çox əhəmiyyət daşıdığını vurğulayan nazir layihənin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirildiyini söyləyib.