Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Avropa Nüvə Tədqiqatı Mərkəzi (ANTM) ilə elmi əlaqələri daha da genişləndirmək üçün Milli GRİD Şəbəkə Sistemi yaradılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AMEA–nın Fizika, Radiasiya Problemləri və İnformasiya Texnologiyaları institutlarının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının iştirakı ilə yaradılacaq sistemin tətbiqi sayəsində daha tutumlu yüksək sürət və geniş imkanlar əldə olunacaq.
Şəbəkə fevralın axırlarında istifadəyə veriləcək.