Fontu böyüt:
Reg Hardware xəbər verir ki, Sony Ericsson şirkəti məhsullarının ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.
Sony Ericsson-un prezidenti Dik Komiyamanın sözlərinə görə, şirkət mobil telefon buraxılışının 20 faizini ixtisara salacaq. Bu haqda Financial Times yazır.
Hazırda Sony Ericsson veb-saytında 73 milyon telefon təqdim olunur.
Bundan əlavə, şirkət üç biznes bölməsini birində birləşdirmək fikrindədir. Hər iki dəyişiklik xərclərin azalması və effektivliyin artması üçün edilib. Xatırladaq ki, 2008-ci ilin üçüncü rübündə şirkət 5 ildə ilk dəfə idi ki, 25 mln. avro dəyərində ziyana düşmüşdü.