21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Quba rayonunun Rustov kəndində yeni poçt binası istifadəyə verilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yeni poçt şöbəsi Quba rayonunun 16 ucqar yaşayış məntəqəsinin əhalisinə xidmət göstərəcək. Bu məntəqə bütün əməliyyatları mərkəzləşdirilmiş kompüter sistemi ilə həyata keçirəcək. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində qeyd olunub ki, son illər ərzində əhaliyə poçt xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə rayonda kompleks tədbirlər həyata keçirilir.
Xüsusilə Qubanın ucqar yaşayış məntəqələrində müasir tipli avadanlıqlarla təchiz edilən yeni poçt şöbələri istifadəyə verilir. 2012-ci ilə qədər Quba rayonunun bütün kəndlərində müasir standartlara uyğun poçt xidmətinin təşkili istiqamətində tədbirlər görülür.