İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Avropa İttifaqı ölkələrində rouminq üçün ödəniş ləğv edildi

04.04.2014 [10:28]

Fontu böyüt:      

Avropa parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib.
Avropa parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərar qəbul edib.
 
"Bu, çox əlamətdar gündür. Biz Aİ-yə üzv 28 ölkə ilə yekdil fikrə gəlməyə nail olduq. Avropa parlamentində keçirilən səsvermə hamının qələbəsidir", - Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes təəssüratlarını bölüşüb.  
 
"Heç kim inanmırdı ki, cəmi yarım ilə biz bu məsələ ilə bağlı razılığa gələ bilərək", - deyə o əlavə edib.  
 
Onun sözlərinə görə, qərar həm vətəndaşlar, həm biznes, həm də hökumət üçün faydalı olacaq.
 
Aİ ölkələrinin hökumətləri qərarı Avropa Komissiyasının cari ilin dekabrında başa çatacaq hazırkı tərkibinin fəaliyyət müddəti sona yetənədək təsdiq etməlidirlər.
 
"Qərar 2015-ci ilin dekabrında qüvvəyə minəcək", - N.Kroes bəyan edib.
 
Aİ təmsilçisi onu da əlavə edib ki, rouminq ilə yanaşı, Aİ ölkələrində səfərdə olan zaman mobil telefonlardan internetə çıxış üçün əlavə ödəniş də ləğv olunur.
 
Avropa Parlamenti həmçinin şəbəkə neytrallığı qaydalarının sərtləşdirilməsi haqqında qərar qəbul edib. Sənədə əsasən, provayderlər Aİ-yə üzv ölkələrdə bütün sayt və əlavələrə eyni trafik sürətini təqdim edəcək.
 
Bu, şəbəkə neytrallığı prinsiplərini tənzimləyən ilk ümumavropa qanunudur. Lokal səviyyədə analoji qanunlara ittifaqın yalnız iki ölkəsi – Niderland və Sloveniya malikdir.
 
Qanun layihəsi qanunvericilikdə provayderlərə servisləri özlərinin istəyinə uyğun "xüsusi" kimi təsnifatını aparmağa və onlara xüsusi ödəniş xidməti qismində yüksək trafik sürətini təqdim etməyə imkan verən boşluqları aradan qaldırmağa yönəlib.
Qanun layihəsində deyilir ki, provayderlər digər resurslara çıxışın zərərinə olaraq kontent tədarükçülərinə xüsusi xidmətlər təqdim etmək hüququna malik deyillər. "Provayderlər fəaliyyətinə görə eyni olan sayt və əlavələr arasında ayrı-seçkiliyə yol verməməlidirlər", - sənəddə deyilir.
Parlament təklif olunan düzəlişlərin hamısını qəbul etməsə də, əsas maddələri qəbul edib. Onlardan  "şəbəkə neytrallığı" və "xüsusi servislər" anlayışını müəyyən edən düzəlişləri qeyd etmək olar. 
"Şəbəkə neytrallığı" qanunda bütün internet trafikinə göndərən, alıcı, tip, məzmun, qurğu, servis və ya əlavədən asılı olmayaraq fərq və məhdudiyyət qoymadan və ya müdaxilə etmədən eyni dərəcədə xidmətin göstərilməsi prinsipi kimi müəyyən edilib, - "Ukrainskaya pravda www.pravda.com.ua" yazır.  (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar