İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Osman Gündüz: "Bu Google şirkətinin günahıdır və onlar bunu mütləq aradan qaldırmalıdırlar"

19.07.2010 [13:16]

Fontu böyüt:      

Məlum olduğu kimi Google şirkətinin məhsulu olan Google Earth Azərbaycan ərazisini təhrif edib. Belə ki, Naxçıvan Ermənistan ərazisi kimi göstərilib. Biz də bu məsələylə bağlı Azərbaycan İnternet Forumun (AİF) Prezidenti Osman Gündüzün fikirlərini öyrəndik.

Məlum olduğu kimi Google şirkətinin məhsulu olan Google Earth Azərbaycan ərazisini təhrif edib. Belə ki, Naxçıvan Ermənistan ərazisi kimi göstərilib. Biz də bu məsələylə bağlı Azərbaycan İnternet Forumun (AİF) Prezidenti Osman Gündüzün fikirlərini öyrəndik. Müsahibəni olduğu kimi təqdim edirik.

  

Osman müəllim, bilindiyi kimi Google şirkəti Naxçıvanı Ermənistan ərazisi kimi göstərib. Siz Azərbaycan İnternet Forumu (AİF) olaraq bu səhvin aradan qaldırılması üçün nə kimi tədbirlər görürsünüz?

 

Ümumiyyətlə, son dövrlərdə biz müşahidə edirik ki, Google tərəfindən Azərbaycanla bağlı bir sıra yanlışlara yol verilir. Bu iki istiqamətdə baş verir. Birinci ondan ibarətdir ki, Googlenin özünün standart xəritələri var. Hansı ki, bu xəritələrdə müəyyən coğrafi ərazilər və adlar qeyd olunur və sonradan onu başqa bir istifadəçi dəyişə bilməz. Əgər bu sahədə yanlışlıq olsa, burada birmənalı şəkildə günah Googledədir. Və biz son dövrlərdə bunu müşahidə edirik. İstər Naxçıvanla bağlı, istərsə də Qarabağla bağlı məsələlərdə. Gah bu əraziyə erməni adı verirlər, gah azərbaycanlı. Bundan başqa Azərbaycanın xəritəsində müxtəlif səhvlər olur. Və biz hesab edirik ki, bu Google şirkətinin günahıdır və onlar bunu aradan qaldırmalıdırlar.

Bunun üçün Azərbaycan höküməti, internet istifadəçiləri və bizim kimi qurumlar Googleyə müraciət etməlidir. Biz AİF olaraq bir nəçə dəfə Googleyə müraciət etmişik. Amma bu məsələ, xəritə məsələsi rəsmi bir iş olduğundan bununla daha çox Azərbaycan Xarici İşlər Nazirliyi, Torpaq Komitəsi məşğul olmalıdır. Bu qurumlarr Google-yə rəsmi müraciət etməlidirlər, həmçinin link, mənbə göstərməlidilər ki, Azərbaycanın real xəritəsi budur və zəhmət olmasa bu xəritədən istifadə edin.

 

Bundan başqa Google-də elə xidmətlər təklif  olunur ki, burada edit-redaktə funksiyası var və orada istifadəçilər xəritənin üzərində dəyişiklik edə, müəyyən təsvirlər yerləşdirə bilərlər. Bəs bunda Googleni günahlandırmaq düzgün olarmı?

 

 Mən bayaq da qeyd etdiyim kimi Googledə təhrif iki istiqamətdə olur və bu ikinciyə aidir. Siz dediyiniz kimi, Googledə elə xidmətlər var ki, orada xəritə var və xəritənin üzərində istifadəçilər redaktə edə bilərlər. Məsələn orada yazılıb Bakı, ora rahatca Ermənistanın xəritəsini qoymaq olar və ya əksinə. Burada artıq vəziyyət başqadır buna görə biz Google-ni günahlandıra bilmərik. Çünki bu edit funksiyasından təkcə ermənilər yox, bizimkilər də yararlana bilərlər. Təəssüf ki , bizim istifadəçilərin əksəri bu tip  resurslara o qədər də əhəmiyyət  vermirlər.

 

Osman müəllim, sizcə bu səhvlər hardan qaynaqlanır və nəyə görə həmişə Azərbaycan ərazisi təhrif olunur. Düşünmürsüz ki, İnformasiya müharibəsində Ermənistana məğlub oluruq...

 

Bizim cəmiyyətdə belə bir fikir var ki, "onsuz da bu işi kimsə görəcək də, mən etməsəm də olar". Amma bu yanlış yanaşmadır. İnternetdən istifadə edən şəxsin əlində çox böyük imkanlar var və o bundan maksimum yararlanmalıdır.  Yadımdadır ki , Dövlət başçısı Azərbaycanın diplomatik korpus nümayəndələri ilə bir neçə il bundan əvvəl görüş keçirəndə Ermənistana qarşı  İnformasiya müharibəsinin gücləndirilməsi zərurətini xüsusilə qeyd etmişdi. . Bu yöndə hər bir internet istifadəçisi də gərək əməli işlə məşğul olsun.

 

Sonda xeberler.az saytının oxucularına nə demək istəyirsiz?

 

Xeberler.az oxucularına demək istəyirəm ki, İKT ilə bağlı  xəbərləri xeberlerşaz dan oxusunlar. Əminəm ki, onlar istədikləri, axtardıqları informasiyanı məhz xeberler.az saytında tapacaqlar.

 

Hacıbəy Heydərli


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar