Fontu böyüt:
Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsi cari ildə davam etdiriləcək və 450 poçt şöbəsini əhatə edən müasir informasiya şəbəkəsi yaradılacaqdır.
Artıq ölkənin 320 poçt şöbəsini birləşdirən müasir informasiya şəbəkəsi yaradılmışdır. Bunların 70-də Milli Bankın kütləvi ödənişlər üzrə mərkəzləşmiş informasiya sistemi vasitəsilə kommunal xidmət haqları qəbul edilir.
Layihənin ümumi dəyəri 17,5 milyon ABŞ dollarına bərabərdir. Bunun 12,5 milyon dollarını DB Azərbaycana kredit şəklində ayırmışdır. Qalan 5 milyon dollar isə Azərbaycan hökumətinın payına düşür.