21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Fevralın 14-dən efirə çıxacağı bildirilən Mədəniyyət kanalının test yayımı başlanıb
Bir neçə gündür ki, “Türksat” peykində yayımlanan Space telekanalının tezliyində, fevralın 14-dən efirə çıxacağı bildirilən Mədəniyyət kanalının test yayımı başlanıb. Space kanalının öz yerindən yox olması tamaşaçıların marağına səbəb olub.
Məsələni dəqiqləşdirmək üçün Rabitə Teleradio İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin rəhbəri Qulam Abdullayev açıqlamasında bildirdi ki, kanalın tezliyi dəyişdirilib. Onun sözlərinə görə, kanal artıq bu tezlikdə yayımlanır: Türksat 3A42.0 E, tezlik: 12.577, H, axın sürəti: 2590.
Space teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev də Milli.Az xəbər portalına faktı təsdiqlədi. Onun sözlərinə görə, kanal əvvəllər Türksat peykinin “Azərbaycan" paketində yayımlanırdı. Bundan sonra həmin paketdə yalnız Az.TV, İdman, Mədəniyyət və İctimai telekanallar yamılanacaq. Ona görə də Space telekanalı yayımını yeni tezlikdə davam etdirir.