Fontu böyüt:
Mobil telefon, noutbuk və smartfondan çox istifadə insanın əsəblərini artırır və seksual istəyi məhv edir.
Amerikalı alimlər uzun müddət apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.
Aparılmış sosioloji sorğu göstərib ki, amerikalı kişilərin 67 faizi, qadınların 64 faizi yataq otaqlarına gedərkən mobil telefonlarını özləri ilə götürürlər. Mütəxəssislər bildiriblər ki, kimin yatağında kompüter və smartfon varsa, sevgi ilə az məşğul olur.
Mobil telefondan yerli-yersiz istifadə spermaların keyfiyyətinə mənfi təsir göstərir, spermatozoidlər azalır. Kompüterdən hədsiz istifadə isə nəinki cinsi fəallığı azaldır, həm də yuxusuzluğa gətirib çıxarır. Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, yuxuya getməmişdən əvvəl insanın e-mail poçtunu yoxlaması 2 stəkan qəhvə qəbul etməsi ilə müqayisə oluna bilər.
mənbə: lent.az