Fontu böyüt:
"Facebook"dakı məşhurlar"
"Facebook" sosial şəbəkəsi 4 fevral 2004-cü ildə yaradılıb. Şəbəkənin əsasını qoyan 23 yaşlı Mark Çukerberqdir. Hazırda "Facebook"-un 400 milyona yaxın istifadəçisi var.
Öncə gəlin görək qonşu ölkələrdə “Facebook”-a münasibət hansı səviyyədədir? Rusiyada bir nömrəli sosial şəbəkə “odnoklasniki.ru” olduğundan tanınmışlar adıçəkilən saytda cəmləşib, facebook o qədər də məşhur deyil. Türkiyədə isə bu şəbəkə çox populyardır. Saytda şou adamlarının əksəriyyətinin profili var. Hətta məşhur müğənni İsmayıl YK-nın sosial şəbəkəyə mahnı da həsr edib. “Facebook” adlı mahnı hazırda qardaş ölkədə çox populyardır.
Ölkəmizdə də adıçəkilən şəbəkəyə maraq həddindən artıq çoxdu. Siyasətçiləri, sənət adamlarını, jurnalistləri bir sözlə - ölkənin məşhur simalarını harda itirsən “Facebook”-da tapa bilərsən. Amma çox təəsüf ki, məşhurların adıyla qeydiyyatdan keçənlərin də sayı az deyil. Bu barədə az sonra...
Hələliksə gəlin "Facebook"-dakı məşhurlara nəzər yetirək. İlk olaraq qeyd edim ki, sosial şəbəkədə ən aktiv peşə sahibləri-jurnalistlərdir. KİV-nümayəndələrinin əksəriyyəti gününü “Facebook”-da keçirir desəm yanılmaram. “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı, “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid, tanınmış jurnalist İlhamiyyə Rza, Xanlar Xoca, Zamin Hacı, yazıçı jurnalist Taleh Şahsuvarlı bunlara misal ola bilər.
Agentliklərlə arasında liderliyə heçkimlə paylaşmayan APA-nın baş redaktoru Vüsalə Mahirqızı də çox vaxt “online” olur.
Televiziya və Radio jurnalistlərini də “Facebook”-da görməyə adət eləmişik. Elçin Əlibəyli, Həmid Hərisçi, Murad Arif, Anar Yusifoğlu, İlahə Şıxlinskaya və onlarla başqa media ulduzu şəbəkinin üzvüdürlər.
Siyasi simalar daha çox seçki ərəfəsində “facebook” səhifələrini bəzəyirlər. Çox güman ki, qarşıdan gələn Parlament seçkiləriylə əlaqədar siyasətçilərin “facebook”-a axını güclənəcək.
Sənət adamlarını da “Facebook”-da görürük. Ulduzlarımız da asudə vaxtlarını internetdə keçirirlər. Elariz Məmmədoğlu, Aysel Teymurzadə, Sevda Ələkbərzadə, Emma Ələkbərzadə, Rəhim Rəhimli, Faiq Ağayev və başqa sənətçilərə “facebook”da rast gəlmək mümkündür.
İndiysə qayıdaq ad oğurluğu məsələsinə. Bir müddət öncə tanınmış politoloq Eldar Namazov mətbuata açıqlama verdi ki, «Facebook»da onun adından istifadə edib, səhifə yaradıblar. Analoji hadisə millət vəkili Gültəkin Hacıbəyli-nin də başına gəlib.
Ad oğurluğunun yayıldığı şəbəkədə kimin real, kimin isə klon olduğunu deyə bilmərik. Ad oğurluğundan qurtarmaq üçün məşhurlar facebook-da səhifə açsa yaxşı olar.
Yuxarıda adlarını çəkdiyim məşhurların şəbəkədə yüzlərlə dostu var. Bu da onların xalqa, millətə bağlılığının bariz nümunəasidir.
Unutmayaq ki, ictimaiyyətin üzdə olan şəxsləri sıravi vətəndaşlara nə qədər səmimiyyət göstərsələr, nə qədər ünsiyyətcil olsalar bir o qədər də sevilərlər. Çünki onlar unutmamalıdırlar ki, onları həmin zirvələrə daşıyan məhz Azərbaycan xalqıdır.
Hacıbəy Heydərli