21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi dekabrın 22-si Beynəlxalq Mətbuat Mərkəzində elektron xidmətlərlə bağlı hesabat təqdim edib.
Hesabatda bildirilir ki, vətəndaş
və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmət monitorinq
olunub. Məlum olub ki, 30 elektron xidmətdən 14-ü (47%) onlayn şəkildə istifadəçiyə
çatır, 6-sı (20%) elektron müraciət mərhələsinə kimi elektronlaşıb, 10-u isə
(33%) informasiya mərhələsindədir, ya da ümumiyyətlə elektron mühitdə təmsil
olunmur.
İnformasiya mərhələsində olan
xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir, biznes
sektoru ilə bağlı elektron xidmətlər isə nisbətən yaxşı inkişaf edib.
Hesabatın təqdimatında qeyd
olunub ki, vətəndaşların qeydiyyatı (pasport, şəxsiyyət vərəqələrini dəyişmək,
sürücülük vəsiqəsini əldə etmək, avtomobil nömrələrini onlayn sifariş vermək, qeydiyyatda
olan vətəndaşlıq vəziyyəti sənədlərini əldə etmək), eləcə də sosial yönümlü (iş
axtarışı və müavinətlərin verilməsi) elektron xidmətlərin inkişafı vətəndaşların
həyatını daha da asanlaşdıra bilər, elektron gömrük bəyannamələrinin tətbiqi,
biznes lisenziyalarının elektronlaşması, dövlət satınalmaları sahəsində
elektron xidmətlərin inkişafı isə biznes mühitinin inkişafı üçün önəmli olardı.
/mediaforum.az/