Fontu böyüt:
04 dekabr tarixdə Ambassador otelində Milli Net 2010 - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqəyə start veriləndən sonra görülmüş işlər haqqında məlumat verib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və ümumən nəticələrdən razı qaldığını qeyd edib. O, Azərbaycan İnternetinin inkişafında , milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin Qaydalarının da gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz Müsabiqəyə dəstək verən Azercell Telekom, Delta Telekom və HP şirkətlərinə minnətdarlığını bildirib.
Təqdimat mərasimində Azercell şirkətinin mətbuatla əlaqələr üzrə mütəxəssisi Fəxri Abbasov çıxış edərək bu kimi tədbirlərə dəstək verəcəklərini bildirib, Milli Net müsabiqəsinin Internetdə Azərbaycan dilli resursların və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Təqdimat mərasimində İTV Yayım Şurasının sədri Cahangir Məmmədli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Z. Əliyeva adına məktəbin və Avropa Liseyinin İKT üzrə direktor müavinləri Aygün Əzizova və Rəhilə Əliyarzadə, professor Qulu Məhərrəmli, Sahil-İT şirkətinin direktoru Vahid Qasımov, İREX in əməkdaşı Ələsgər Məmmədli , AİF üzvü Azər Həsrət , Azercell şirkətinin nümayəndəsi Fəxri Abbasov, Milli Məclis aparatının əməkdaşı Yaşar Əməşov, AMEA-nın əməkdaşı Firudin Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Qurbanəli Əsədov, İTV-nin Elm və təhsil departamentinin rəhbəri Cəsarət Valehov mükafatları qaliblərə təqdim ediblər və arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi əhəmiyyət daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimində Facebook sosial şəbəkəsi ilə bağlı filmdən hazırlanan video çarx nümayiş olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Milli Net-2010 Müsabiqəsinə Azercell Telekom, DeltaTelekom və HP şirkətləri dəstək veriblər.
Daha geniş məlumat millinet.az da yerləşdiriləcək.
Təqdimat mərasimindən hazırlanan foto-reportajlar http://picasaweb.google.com/114139910343523491466/MilliNet2010?feat=directlink