İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir

07.05.2014 [09:24]

Fontu böyüt:      

Tariflərin aşağı salınması ilə bağlı mobil operatorlarla müzakirələr aparılıb. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Tariflərin aşağı salınması ilə bağlı mobil operatorlarla müzakirələr aparılıb. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, mobil operatorlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilmiş kollegiyanın qərarları ilə tanış olublar:
 
“Mən artıq gələcəyə optimist baxıram. Onlar operatorlararası vahid, ucuzlaşdırılmış qiymət üzərində danışıqları bitirirlər”.
 
Danışıqlar başa çatdıqdan sonra operatorlar tərəfindən danışıq tariflərinin müəyyən qədər aşağı salınacağının istisna edilmədiyini vurğulayan nazir qeyd edib ki, hazırkı tariflər bazar qiymətləridir və onlara çox təzyiq də etmək olmaz:
 
“Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa müəyyən qədər təsir göstərir. Amma hər halda qiymətləri aşağı salmaq üçün koridor var”.
 
Regional təşəbbüslərdən də söz açan nazir qeyd edib ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən təklif dəstəklənərək, “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılıb. Artıq alyansın fəaliyyətə başlayacağını vurğulayan nazirin sözlərinə görə,  buraya daxil olan layihələrdən biri də “TASİM –Trans-Avrasiya Super İnformasiya Magistralı”dır: “Bu istiqamətdə artıq hazırlıq işləri aparılır. Demək olar ki, bir neçə operator tərəfindən böyük biznes layihəsi hazırlanır və bu həyata keçiriləcək. Azərbaycanın koordinator olduğu bu alyansda “TASİM” layihəsi kimi layihələrin sayı daha da çox olacaq”. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar