Fontu böyüt:
Ölkəmizdə türk dilində yayımlanan heç bir KİV boşluğunu \\1news\\ İnformasiya agentliyi doldurdu. Agentliyin yeni layihəsi olan www.1news.com.tr. oxucuları hər an operativ şəkildə Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərlə tanış edəcək, analitik müsahibələri, rəsmi xronikanı, mədəniyyət aləmindən məlumatları, siyasi informasiyaları və idman xəbərlərini türk dilində izləmək fürsəti verəcəkdir.
Saytda sözün əsl mənasında beynəlmiləl yaradıcı heyət çalışır – onların arasında türk media mütəxəssisləri də az deyil.
1news.az saytının baş redaktoru Rəhman Hacıyev bildirib ki, komanda olaraq, bu vacib addımı atmaqda məqsəd həm ölkədə türkdilli mətbuatla bağli mövcud informasiya vakuumunu doldurmaq, həm də erməni mediası tərəfindən mütəmadi yayılan dezinformasiya xarakterli məlumatlara yetərli təkzib vermək, onlara aydınlıq gətirməkdir.
Bu layihənin fəaliyyətə başlaması daha bir məqama görə olduqca əhəmiyyətlidir ki, artıq bir neçə aydır bəzi erməni onlayn mətbuatı türk dilli versiyada işə başlayıblar. www.1news.com.tr. türkdilli auditoriyaya Azərbaycanda baş verən prosesləri daha dəqiq izləmək, cəmiyyətimizdə müəyyən proseslərlə bağlı həssas məqamları, ekspert rəylərini dolğun təqib etmək imkani verir.