Fontu böyüt:
Yenicə istifadəyə verilmiş Bing axtarış sistemi öz sözünü deməyə başlayır. Axtarış sistemlərinin istifadə nisbətlərini araşdıran StatCounter firması Bing-i izləməyə başlayıb.
4 iyun nəticələrinə görə, dünya üzrə axtarışların 5,62 %-i Bing ilə reallaşdırılıb. Eyni gün Yahoo-nun nisbəti isə 5,13 % təşkil edib. Google isə 87,62%-lik nisbətlə 1-cidir.
Steve Ballmer 5 ilə Bingin ikinci ən məşhur axtarış sistemi olmasını hədəflədiyini demişdi. Əvvəl Yahoon-u satın almaq üçün 40 milyard dolları gözə alan Microsoft Bing-lə hədəfinə daha tez və daha ucuz vəsait sərf etməklə çatacaq.