Fontu böyüt:
14 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Onların arasında Azerfon MMC-in əməkdaşı Teymur Hacıyev də var.
Teymur Hacıyev Azərbaycanda İKT inkişafı sahəsində məhsuldar fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
Qeyd edək ki, Teymur Hacıyev Oracle korporasiyasının təşkil etdiyi beynəlxalq imtahanda iştirak etmiş və ORACLE sertifikatına layiq görülmüşdür.
Azerfon MMC telekommunikasiya daxil olmaqla, müxtəlif sahələr üçün həllərin yaradılmasında Oracle kimi qabaqcıl məhsullarından və texnologiyalarından istifadəsinə daim böyük diqqət yetirir.
“Oracle imtahanında iştirak edib və sertifikata nail olmaqla, mən Azərbaycanda ilk, MDB ölkələrində isə dördüncü mütəxəssis oldum. Bu imtahanda iştirak etmək və sertifikata nail olmaq mənim üçün çox böyük şərəfdir, çünki bu mükafat İKT sahəsində “Oskar” mükafatı deməkdir”- Teymur Hacıyev qeyd etdi.
Xatırladaq ki, Oracle Corporation ən iri Amerika şirkətlərindən biridir, məlumat bazaların idarə olunması sistemlərin, məlumat bazaların hazırlanması üçün alətlərin, habelə ERP-sistemlərin tərtibatçısıdır. Oracle korporasiyası korporativ proqram təminatının istehsalı üzrə dünyada liderdir. Oracle korporasiyasının hər il keçirdiyi laborator imtahanlar və təqdim etdiyi sertifikatlar dünyanın istənilən ölkəsində qəbul olunur və informasiya texnologiyaları sahəsində böyük nüfuza malikdir.