Fontu böyüt:
Alimlər kompüterin insana verdiyi xeyiri araşdırıblar. Kompüter insan həyatını asanlaşdırır, çətin işlərin öhdəsindən tez bir zamanda gələ bilir.
“American Journal of Preventive Medicine” isə kompüterin insana verdiyi zərərləri araşdırdı. Təkcə ABŞ-da aparılan araşdırmaya görə, 1994 - 2006 -cı illər arasında kompüterlərin törətdiyi qəzalar nəticəsində təxminən 79 min adam yaralanıb və ya həyatını itirib. Araşdırmaya görə, kompüterdən zərərçəkənlər müxtəlif yaş qruplarına aid olublar.
1 aylıq ilə 89 yaş arasındakı 79 min adamın 59 %-i kompüterini daşıyarkən qəzaya düşüb. Qurbanların 37%-i çarpma, 21%-i kompüterin üstünə düşməsi və 18%-i də kompüterə ilişib yıxılma nəticəsində zərər çəkib.